Premyer Liqada ilin futbolçusu bəlli oldu
ESTAFET/ Futbol üzrə İngiltərə Premyer Liqasında ilin futbolçusu müəyyənləşib. Azarkeşlər arasında aparılan səsvermənin nəticələrinə əsasən Məhəmməd Salah 2020-ci ilin oyunçusu seçilib.
“Liverpul”un misirli hücumçusu digər namizədləri arxada qoyub. 2-ci yeri Cek Qriliş (“Aston Villa”), 3-cü pilləni Markus Reşford (“Mançester Yunayted”) tutub. Kevin de Breyne (“Mançester Siti”) və Cordan Henderson (“Liverpul”) ilk “beşlik”də qərarlaşıb.
Qeyd edək ki, ümumilikdə 15 futbolçu səs toplaya bilib.