Sulşer 23 yaşı hücumçunu Mançesterdə görmək istəyir

ESTAFET/ İngiltərənin “Everton” klubunun futbolçusu Dominik Kalvert-Levin digər Premyer Liqa təmsilçisinə keçməyə yaxındır. Hücumçu “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

Ole-Qunnar Sulşer forvardı sərəncamında görmək istəyir. 23 yaşlı ingiltərəli keçidi düyünə düşən Erlinq Holandın əvəzinə transfer olunacaq.

Qeyd edək ki, Dominik cari mövsümün 17 oyununda 14 qol vurub.

Müəllif: Estafet.az