“Liverpul”un hücumçusuna daha bir müştəri

ESTAFET/ İngiltərənin “Liverpul” klubunun futbolçusu Divok Oriqiyə daha bir müştəri çıxıb. Qış fasiləsində klubdan ayrılacağı gözlənilən hücumçu “Brayton”un maraq dairəsindədir.

Sonuncular 25 yaşlı belçikalı forvardı yanvarda heyətində görmək istəyir. Lakin “Brayton” Divokun keçidi üçün digər klublarla mübarizə aparmalıdır.

“Vulverhempton”la “Lids” də onu heyətində görməkdə maraqlıdır. Almaniya “Şalke”si və İtaliya “Fiorentina”sı da Oriqi ilə hücum xətini gücləndirə biləcəyi qənaətindədir.

Qeyd edək ki, Divok cari mövsümdə 7 oyunda 1 qol vurub. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV