“Barselona” Koutinyonu seçkilərə qədər satmağı düşünür

ESTAFET/ İspaniya nəhəngi “Barselona” futbolçusu Filippe Koutinyonu transferə çıxarıb. Klub rəhbərliyi braziliyalı yarımmüdafiəçini qış transfer dövründə satmağı məqəsədəuyğun sayıb.

Prezident vəzifələrini icra edən Karlos Tuskets texniki katib Ramon Planesə bununla bağlı göstəriş verib. Koutinyonun yanvarın 24-də keçiriləcək prezident seçkilərinə qədər satılması planlaşdırılır. Lakin 28 yaşlı yarımmüdafiəçini almaq istəyən heç bir klubdan təklif yoxdur.

Qeyd edək ki, 2018-ci ildə “Liverpul”dan 120+40 milyon avroya transfer olunan futbolçu cari mövsüm La Liqada 11 oyunda 2 qol vurub.

Müəllif: Natiq NƏSİROV