"Neftçi” qış planında dəyişiklik etdi

ESTAFET/ "Neftçi” qış fasiləsindəki təlim-məşq toplanışı çərçivəsində əvvəlcədən nəzərdə tutulduğu kimi bir yox, iki yoxlama oyunu keçirəcək.

Klubun saytının məlumatına görə, artıq rəqiblər də müəyyənləşib.

Samir Abasovun komandası yanvarın 10-da "Qəbələ”, 14-də isə "Keşlə” ilə qarşılaşacaq. Oyunların məkanı və başlama saatı hələ dəqiqləşməyib.

Qeyd edək ki, təlim-məşq toplanışı yanvarın 4-dən 21-dək "Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV