Arteta “Fənərbaxça” ilə anlaşdığı deyilən Özillə bağlı açıqlama verib
ESTAFET/ “Arsenal”ın baş məşqçisi Mikel Arteta “Fənərbaxça” ilə anlaşdığı deyilən Məsut Özillə bağlı açıqlama verib. O, Özilin tezliklə “topçular”dan ayrıla biləcəyini bildirib:
“O, artıq istədiyi klubla danışıq apara bilər. Hər iki tərəf gələcəyi düşünməlidir. Transfer şərtləri həm onun, həm də bizim üçün sərfəli olsa, Məsut komandadan ayrılacaq.
Əks halda, o, cari mövsümün sonunadək “Arsenal”da qalacaq. Qarşıdakı günlərdə hər şey müəyyənləşəcək”.
Özilin adı “Arsenal”ın cari mövsüm üçün nəzərdə tutulan sifariş ərizəsinə salınmayıb. Onun “Fənərbaxça” ilə anlaşdığı və klubla 3,5 illik müqaviləyə imza atacağı bildirilir.