Levandovskidən 15 oyuna tarixi rekord

ESTAFET/ “Bavariya”nın hücumçusu Robert Levandovski daha bir rekorda imza atıb. Polyak forvard Almaniya Bundesliqasının XVI turunda “Frayburq”la görüşdə buna nail olub.

Matçda hesabı açan 32 yaşlı oyunçu Bundesliqa tarixində ilk dövrədə 21 qol vurmağı bacaran birinci futbolçu olub. Levandovskiyə bu göstəriciyə çatmaq üçün 15 oyun kifayət edib.

Qeyd edək ki, “Frayburq” üzərində 2:1 hesablı qələbə qazanan “Bavariya” Bundesliqaya başçılıq edir.

Müəllif: Natiq NƏSİROV