Campaolonun Turindən ayrılacağı gözlənilir
ESTAFET/ İtaliyanın “Torino” klubu baş məşqçi Marko Campaolonun fəaliyyətindən narazıdır. Turin təmsilçisi 54 yaşlı mütəxəssisi istefaya göndərməyi planlaşdırır.
Yaxın günlərdə rəhbərlik çalışdırıcı ilə bir araya gələrək bu məsələni müzakirə edəcək. Son 11 matçda cəmi 1 qələbə qazanan “öküzlər”in dünən A seriyasının XVIII turunda “Speziya” ilə qolsuz bərabərə qalması baş məşqçiyə olan təzyiqi daha da artırıb.
“Torino” hazırda 13 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşır. (apasport.az)