“Arsenal” “Şaxtyor”un yarımmüdafiəçisini istəyir
ESTAFET/ İngiltərənin “Arsenal” klubu Manor Solomonu transfer etmək istəyir. London təmsilçisi Ukraynanın “Şaxtyor” klubunun yarımmüdafiəçisini heyətinə qatmaq niyyətindədir.
Onun transferində baş məşqçi Mikel Artata maraqlıdır. 21 yaşlı israilli futbolçu mütəxəssisdə müsbət rəy yarada bilib.
Qeyd edək ki, Çempionlar Liqasının 6 oyununda 2 qol vuran vinger “Mançester Siti”nin də maraq dairəsindədir.