FIFA “Atletiko”nun apelyasiyasını rədd etdi

ESTAFET/ FIFA İspaniyanın “Atletiko” klubunun apelyasiya şikayətini rədd edib. La Liqa təmsilçisinin Kiran Tripyenin cəzası ilə bağlı şikayəti təmin olunmayıb.

Qurum Kirana İngiltərə Futbol Assosiasiyası tərəfindən qoyulan sanksiyanı qüvvədə saxlayıb. İngiltərəlinin 10 oyunluq cəzalanıb.

Qeyd edək ki, Kiran 2019-cu ildə “Tottenhem”dən “Atletiko”ya keçidi ilə bağlı totalizatora pul qoyuluşlarına görə diskvalifikasiya olunub. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV