“Barselona” Koutinyoya görə “Liverpul”a borcludur
ESTAFET/ İspaniyanın “Barselona” klubu Filipp Koutinyonun transfer pulunu hələ tam ödəməyib. Kataloniyalılar İngiltərə təmsilçisi “Liverpul”a 2018-ci ildəki keçid səbəbindən daha 29 milyon 254 min avro ödəniş etməlidir.
Həmin vaxt yanvarda 120+40 milyon avro müqabilində heyətə cəlb edilən braziliyalı yarımmüdafiəçinin ispanlarla müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.
Qeyd edək ki, Koutinyo cari mövsüm zədə səbəbindən La Liqada cəmi 12 oyun keçirib, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.