“Biz heç də ideal xoşbəxt ailə deyilik”: Buşar
ESTAFET/ “Bu, ağlasığmaz görünür, amma o mənə demək olar ki, yad kimidir”. Bunu kanadalı tennisçi Ejeni Buşarın əkiz bacısı Beatris deyib.
O bildirib ki, ulduz bacısı ilə münasibətləri idealdan çox-çox uzaqdır: “Supermarketdəki insanları öz bacımdan daha yaxşı tanıyıram. Biz heç də ideal xoşbəxt ailə deyilik”.
Beatris və Ejeni 10 yaşında olarkən, valideynləri boşandıqda ayrılıb. Tennisçi anası ilə qalıbsa, iki bacısı və qardaşı atası böyüyüb. (apasport.az)