Kubokun İlk yarımfinal cütlüyü müəyyənləşdi
ESTAFET/ Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk cütlüyü müəyyənləşib. Buna 1/4 final mərhələsinin ilk iki cavab görüşündən sonra aydınlıq gəlib.
“Qəbələ” ilə dueldə sensasiyaya imkan verməyən “Qarabağ” ilk yarımfinalçı olub. Ağdamlıların bu mərhələdəki rəqibi isə "Səbail"i üstələyən "Sumqayıt" olacaq. “Qarabağ”la rəqibi arasında finala vəsiqə uğrunda matçlar 21-29 apreldə keçiriləcək.
Qeyd edək ki, fevralın 7-də 1/4 final mərhələsinin daha iki oyunu (“Kəpəz” – “Keşlə”, “Zirə” – “Neftçi”) keçiriləcək.