Teymur Rəcəbov yenidən Aniş Giriyə qarşı

ESTAFET/ Bu gün  “Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində pley-off mərhələsinə yekun vurulacaq. Mükafat fondu 100 min ABŞ dolları olan yarışın günündə günündə 1/4 final mərhələsinin ikinci matçları keçiriləcək.

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Niderland qrossmeysteri Aniş Giri ilə növbəti görüşü baş tutacaq. İlk dueldə 2:2 hesablı heç-heçə edən 34 yaşlı təmsilçimiz bu gün qələbə sayəsində mərhələ adlayacaq. Yenidən bərabərlik qeydə alınarsa, əlavə partiyalar oynanılacaq.
 
Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq.

“Opera Euro Rapid”
1/4 final, ikinci matç

10 fevral 2021
Aniş Giri (Niderland) – Teymur Rəcəbov (Azərbaycan) 
İlk oyun: 2:2 (0,5:0,5, 0,5:0,5, 0:1, 1:0)

Müəllif: Natiq NƏSİROV