Rəcəbov üçün həlledici gün

ESTAFET/ Bu gün “Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində yarımfinal mərhələsinin ikinci matçları keçiriləcək. Mükafat fondu 100 min ABŞ dolları olan yarışın yeddinci günündə finalçılar müəyyənləşəcək.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Uesli So ilə qarşılaşacaq. Fevralın 11-də keçirilən ilk matçda 1,5:2,5 hesabı ilə uduzan qrossmeysterimiz revanş almaq üçün mübarizə aparacaq. Finala vəsiqə üçün Teymur öncə 4 partiyadan ibarət matçda qalib gəlməli, ardınca tay-brekdə üstün olmalıdır.

Digər yarımfinalda Maqnus Karlesn (Norveç) Maksim Vaşye-Laqravı (Fransa) sınağa çəkəcək. İlk matçda 2,5:0,5 hesablı qələbə qazanan dünya çempionu finala yüksəlmək üçün 2 xal toplamalıdır.

Qeyd edək ki, final və 3-cü yer uğrunda ilk matçlar sabah keçiriləcək, turnirə fevralın 14-də yekun vurulacaq. 

“Opera Euro Rapid”
Yarımfinal, ikinci gün


12 fevral 2021
20:00. Teymur Rəcəbov (Azərbaycan) - Uesli So (ABŞ)

Müəllif: Natiq NƏSİROV