Laporta Bartomeunun saxlanılmasın şərh etdi

ESTAFET/ “Bartomeunun həbsi “Barselona” üçün pis xəbərdir”. Bunu İspaniyanın “Barselona” klubunun sabiq prezidenti Joan Laporta deyib.

O, digər sabiq prezident Xosep Bartomeunun polis tərəfindən saxlanılmasına münasibət bildirib: “Axı o, klub prezidenti olub. Gəlin rəsmi informasiyanı gözləyək və günahsızlıq prezumpsiyası prinsipinə əməl edək”.

Qeyd edək ki, Bartomeu, həmçinin icraçı direktor Oskar Qrau və hüquq şöbəsinin rəhbəri Roman Qomes Ponti həbs olunub.

Müəllif: Estafet.az