Şenol Günəşdən UEFA-ya etiraz

ESTAFET/ Türkiyə millisinin baş məşqçisi Şenol Günəş UEFA-dan şikayətlənib. Təcrübəli mütəxəssis DÇ-2022-nin seçmə mərhələsində Norveçlə səfər görüşünün İspaniyanın Malaqa şəhərinə salınmasından narazıdır.

Günəş təqvimin onlar üçün uğursuz olduğunu söyləyib: “Dünya çempionatına vəsiqə qazanmağı çox istəyirik. Amma təqvimimiz çox pisdir. UEFA bizə haqsızlıq etdi. Həm koronavirus pandemiyasına görə, Malaqada oyun keçirilmədi, həm də Norveçlə matçımız ora salındı. Həmin şəhərə getmək bizim üçün çətindir”.

Qeyd edək ki, Türkiyə yığması mayın 27-də Alanyada Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirək.

Müəllif: Orxan NOVRUZOV