“Neftçi”nin oyunlarının yeri dəyişdirildi
ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasında “Neftçi” ilə “Keşlə” arasında keçiriləcək son iki dövrənin matçlarının yeri dəyişdirilib.
Bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, III dövrənin XIX turunda “Neftçi” – “Keşlə”, IV dövrənin XXV turunda isə “Keşlə” – “Neftçi” görüşləri olacaq.
Buna səbəb “Bakcell Arena”da aparılacaq təmir və yenidənqurma işləridir.