La Liqada tamaşaçılar tribunaya qayıdır

ESTAFET/ Futbol üzrə İspaniya La Liqasında tamaşaçılar stadionlara buraxıla bilər. Bunu La Liqanın prezidenti Xavyer Tebas açıqlayıb.

O bildirib ki, azarkeşlərin tribunalara qayıdışı mövsümün sonunadək gerçəkləşə bilər. Bunun aprelin ortaları və ya mayın əvvəlində baş verməsi gözlənilir.

Qeyd edək ki, İspaniya çempionatının oyunları koronavirus pandemiyası üzündən tamaşaçısız keçirilir.

Müəllif: Natiq NƏSİROV