Rüstəm Orucov bürünc medal qazandı

ESTAFET/ Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin ikinci yarış günü Azərbaycan milli komandası üçün ilk günə nisbətən uğurlu olub. Bu dəfə millimizin 3 üzvü tatami üzərinə çıxıb.

73 kq çəki dərəcəsində yarışan Rüstəm Orucov nüfuzlu yarışın 1/4 final görüşündə erməni çüdoçuya məğlub olsa da, təsəlliverici görüşlərdə yerli cüdoçulara qalib gələrək bürünc medala sahib olub. 

Digər 2 təmsilçimiz - Hidayət Heydərov və Murad Fətiyev (hər ikisi 81 kq) turniri medalsız başa vurub.

Qeyd edək ki, cüdo millimiz yarışa 10 kişi və 2 qadın idmançı ilə qatılıb.

Müəllif: Natiq NƏSİROV