Yığmamızın Qətərlə oyunu sual altında

ESTAFET/ Azərbaycan millisinin Qətərlə yoldaşlıq görüşünün yeri dəyişdirilə bilər. AFFA matçın Avstriyada keçirilməsinin əleyhinədir.

DÇ-2022-nin seçmə mərhələsinə hazırlıq məqsədi daşıyan qarşılaşma martın 27-də Vyanadakı “Generali Arena” stadionunda baş tutmalıdır. AFFA ərəblərlə görüşün məkanının dəyişdirilməsi üçün UEFA-ya müraciət ünvanlayıb. Assosiasiya matçın İtaliyada təşkil edilməsinin mümkün olub-olmaması barədə qitə futbol qurumuna sorğu göndərib. Çünki yığmamız Qətərlə oyundan üç gün əvvəl seçmə mərhələnin ilk turunda Turindəki “Yuventus” stadionunda Portuqaliyanın qonağı olacaq.

AFFA İtaliyadan Avstriyaya keçidin koronavirus pandemiyası səbəbindən problem yaratması ehtimalından narahatdır. Həm oyunlar arasında vaxt azdır, həm də Avstriya ərazisinə daxil olarkən yenidən test vermək lazım gələcək.

Qeyd edək ki, millimiz DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq. (sportinfo.az)

Müəllif: Estafet.az