Belhanda “Qalatasaray”dan FIFA-ya şikayət edəcək
ESTAFET/ “Qalatasaray”ın bu gün müqaviləsini ləğv etdiyi Yunes Belhanda FIFA-ya şikayət etməyə hazırlaşır. Mərakeşli yarımmüdafiəçi onun icazəsi olmadan sözləşməsinə xitam verilməsini doğru addım hesab etmir.
Bu səbəbdən futbolçu tezliklə FIFA-ya şikayət məktubu ünvanlamağı planlaşdırır. Onun vəkilləri bununla bağlı sənədləri hazırlamağa başlayıb. 31 yaşlı pleymeyker ali futbol qurumundan məsələyə baxılmasını və qarşı tərəfin təzminat ödəməsini tələb etmək fikrindədir.
Qeyd edək ki, Yunes Belhandanın “Qalatasaray”la müqavilə müddəti mövsümün sonuna qədər idi.