Salahın milliyə dəvəti "Liverpul"a dərd olub

ESTAFET/ İngiltərə Premyer Liqasında ardıcıl məğlubiyyətləri sıralayan “Liverpul” daha bir problemlə üzləşib. Hücumçu Məhəmməd Salahın Misir yığmasına dəvət alması “qırmızılar”ı çıxılmaz vəziyyətə salıb.

Ulduz futbolçu Afrika Millətlər Kubokunun seçmə mərhələsində Keniya və Komor adaları ilə görüşlərə çağırılıb. Bu isə o deməkdir ki, Salah millinin düşərgəsindən döndükdən sonra İngiltərədə 10 günlük karantinə alınacaq. Bu da “Liverpul”un uzun müddət Salahın xidmətindən məhrum olmasına gətirib çıxarır.

Qeyd edək ki, Misir yığmasının oyunları martın 25-də və 29-da keçiriləcək.

Müəllif: Orxan NOVRUZOV