“Barselona” 17 yaşlı futbolçu alır

ESTAFET/ İspaniyanın “Barselona” klubu heyətinə 17 yaşlı futbolçu qatmağa hazırlaşır. Kataloniya təmsilçisi “Valensiya”nın vingeri Fabio Blankonun xidmətində maraqlıdır.

Barselonalılar yaxın günlərdə transferlə bağlı danışıqlara start verəcək. Gənc ispaniyalıya yeni Ferran Torres gözü ilə baxılır. 

Qeyd edək ki, “Mançester Siti”də forma geyinən Ferran da vaxtilə “Valensiya”da oynayıb.

Müəllif: Natiq NƏSİROV