İlk ev oyununda ilk xal mübarizəsi

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirəcək. Yığmamız DÇ-2022-nin seçmə mərhələsində ikinci matçına çıxacaq.

Canni de Byazinin yetirmələri Bakı Olimpiya Stadionunda Serbiya ilə qarşılaşacaq.

Tsiklə Turnidə (İtaliya) Portuqaliyaya minimal hesablı məğlubiyyətlə başlayan yığmamız ilk ev qarşılaşmasında ilk xal üçün mübarizə aparacaq. Qrupun şərikli lideri isə səfərdən itkisiz dönməyə köklənib.

Qeyd edək ki, qrupda turun digər görüşündə Lüksemburq Portuqaliyanı qonaq edəcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi
A qrupu

III tur, 30 mart 2021
20:00. Azərbaycan – Serbiya
Baş hakim: Roy Reynşreyber (İsrail)
Bakı Olimpiya Stadionu

Müəllif: Natiq NƏSİROV