FIDE-nin aprel reytinqi

ESTAFET/ FIDE şahmatçıların yeni reytinq cədvəlini açıqlayıb. Aprel reytinqində ötən siyahı ilə müqayisədə bəzi dəyişikliklər olub.
100 ən yaxşı arasında Azərbaycanın 6 kişi və 3 qadın şahmatçısı yer alıb. Millimizin liderlərindən Şəhriyar Məmmədyarov 2770 xalla 8-cidir. Ondan 5 xal geri qalan Teymur Rəcəbov 10-cu yerdə qalıb.
3 pillə irəliləyən Nicat Abbasov 2665 xalla 72-ci yerdədir. 1 pillə geriləyən Qədir Hüseynov eyni xalla 73-cüdür.
Onlardan 11 xal az toplayan Rauf Məmmədov 90-cı yerdədir. Yığmamızdan ayrılmasına baxmayaraq, hələ də Azərbaycan təmsilçisi kimi göstərilən Arkadi Naydiç 2649 xalla 1 pillə yüksələrək 95-cidır.
Siyahıda ilk “üçlük” dəyişməyib. Maqnus Karlsen (Norveç, 2847) birinci, Fabiano Karuana (ABŞ, 2820) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.
Qadın şahmatçılar sırasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə 1 pillə irəliləyərək 2443 xalla 28-cidir. Onun kimi bir pillə irəliləyən Gülnar Məmmədova (2382) 78-ci sırada yer alıb. Ondan 6 xal geri olan Xanım Balacayeva 89-cu sırada qalıb.
Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) liderliyini qoruyub. Aleksandra Qoryaçkina (Rusiya, 2593) ikinci, Humpi Koneru (Hindistan, 2586) üçüncüdür.
