"QALİB GƏLDİYİM ÜÇÜN ŞADAM" - KİRİL POZDNYAKOV

ESTAFET/ Ölkəmizdə keçirilən "Tour d'Azerbaijan 2017" beynəlxalq veloturu başa çatdı. Turun yekununda Azərbaycan komandası "Synergy Baku"-nun üzvü Kiril Pozdnyakov yarışların qalibi adını qazanıb. Qələbəsinin ardından velosipedçimiz fikirlərini bölüşüb:


“Qalib gəldiyim üçün şadam. Bu qələbə mənim üçün çox önəmlidi, çünki məhz Azərbaycanda qalib gəldim. Uğur yalnız bir nəfərin adına yazılmır. Bu, bütün komanda üzvlərinin səyi nəticəsində reallaşır. Sözsüz, İsmayıllıda böyük fərqlə qalib gəlməyim imkan verdi ki, növbəti mərhələlərdə daha rahat çıxış edim. Çünki vaxta görə rəqiblərimi çox qabaqlayırdım və yekunda çempion oldum. Yaxın gələcəkdə Sloveniya və Slovakiyada turlara qatılacağıq. Yaxşı komandamız var. Fiziki hazırlığım da qaydasındadı. Həmin yarışlarda da uğur qazanacağımıza inanıram”.