Azərbaycan Qran-prisinin proqramı - Formula 1

ESTAFET/ Formula 1 üzrə Azərbaycan Qran-prisinin proqramı açıqlanıb. İyunun 4-də start götürəcək mövsümün 6-cı mərhələsi Formula 2 pilotlarının yarışı ilə başlayacaq. 

Onlar sərbəst yürüşə saat 10:25-də çıxacaqlar. Həmin gün Formula1 komandalarının da sərbəst yürüşləri olacaq. İyunun 4-də Formula 2-də sıralama yarışı da nəzərdə tutulub.

Ertəsi gün Formula 2 pilotlarının mübarizəsi sprint yarışları ilə davam edəcək. Həmçinin Formula 1-də sıralama yarışı də təşkil olunacaq. 

Azərbaycan Qran-prisi iyunun 6-da keçiriləcək. Günün ilk yarısında Formula 2-də mükafatçılar dəqiqləşəcək. Daha sonra Formula 1 pilotlarının təqdimatı olacaq və Dövlət Himnimiz səslənəcək. Saat 16:00-da əsas mərhələ başlayacaq. 2 saatın yekununda Azərbaycan Qran-prisinin qalibi bəlli olacaq. 


4 iyun 2021
Formula 2
Saat. 10:25-11:10 - Sərbəst yürüş

Formula 1
Saat. 12:30-13:30 - Birinci sərbəst yürüş

Formula 2
Saat. 14:30-15:00 – Sıralama yarışı

Formula 1
Saat. 16:00-17:00 - İkinci sərbəst yürüş

5 iyun 2021
Formula 2
Saat. 11:25-12:15 – Sprint yarışı

Formula 1
Saat. 13:00-14:00 - Üçüncü sərbəst yürüş

Formula 1
Saat. 16:00-17:00 - Sıralama turu

Formula 2
Saat. 17:40-18:30 – Sprint yarışı

6 iyun 2021
Formula 2
Saat. 12:45-13:50 - Yarış

Formula 1
Saat. 14:10-14:50 – Pilotların təqdimatı

Saat. 15:44-15:46 – Dövlət Himni mərasimi

Saat. 16:00-18:00. Azərbaycan Qran-prisi

Müəllif: Natiq NƏSİROV