Ramil Şeydayev Samarada qaldı

ESTAFET/ Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin növbəti mövsüm çıxış edəcəyi klub müəyyənləşib. Rusiya mətbuatının məlumatına görə, 23 yaşlı hücumçu "Krılya Sovetov"da qalacaq.

Ramil Samara təmsilçisinin təklifini qəbul edərək onunla müqaviləsini uzatmağa qərar verib. Futbolçu bu gün komandanın Avstriyadakı təlim-məşq toplanışına qatılacaq.

Xatırladaq ki, Şeydayev ötən mövsümün əvvəlindən çıxış etdiyi "Krılya Sovetov"da 18 oyuna 4 qol vurub. 

Müəllif: Natiq NƏSİROV