Almaniya Qran Prisi 2019 - Formula 1

ESTAFET/ Formula 1 üzrə 2019-ci il Dünya çempionatı maraqlı mübarizələri ilə davam etməkdədir. Mövsümün 11-ci mərhələsi olan Almaniya Qran Prisi də artıq arxada qalıb. Hokkenhaym trasında azarkeşlər yenə də gərgin mübarizənin şahidi olublar. 

 

FORMULA 1: MERCEDES-BENS GROSSER PREIS GRAND PRIX 2019

Tarix

Trass

 Dövrə uzunluğu 

 Dövrə sayı 

Məsafə

26-28.07.2019 

 Hokkenhaym 

4 574 m

64 *

 292.736 km 

DUMANLI, QURU. HAVA +21 C, TRASS +25 C

Əlavə qızdırıcı dövrələrə görə, yürüşün məsafəsi qısaldılıb. 

Hokkenhaymda Maks Ferstappen ("Red Bull") mövsümdə ikinci qələbəsini qazanıb. Holland pilot bu qələbəyə 1:44.31.275-lik göstərici ilə nail olub. "Ferrari"nin alman pilotu Sebastyen Fettel  +7.333 saniyə geriliklə ikinci, "Toro Rosso"un rus pilotu Daniil Kvyat isə +8.305 saniyəlik geriliklə üçüncü olublar. Bu uğur rus pilotun Formula 1 karyerasında ilk podiumu olub. 

  

Mərhələnin ən yaxşı dövrəsini yekunda qalib olan "Red Bull"un holland pilotu Maks Ferstappen edib: 1:16.645 (61-ci dövrədə 214.839 km.s) 

Yürüşün nəticələri 

 №   Pilot   Komanda   Vaxt   Sürət   Pit 
 1   Ferstappen  Red Bull  1:44:31.275   168.043  5 
 2   Fettel  Ferrari  +7.333  167.847  5 
 3   Kvyat  Toro Rosso  +8.305  167.821  4 
 4   Stroll  Racing Point  +8.966  167.804  5 
 5   Sayns  McLaren

 +9.583

 167.787  3 
 6   Elbon  Toro Rosso  +10.052  167.774  4 
 7   Qrojan  Haas  +16.838  167.593  5 
 8   Maqnussen  Haas  +18.765  167.542  6 
 9   Hemilton  Mercedes  +19.667  167.518  6 
 10   Kubitsa  Williams  +24.987  167.377  5 
 11   Rassell  Williams  +26.404  167.339  5 
 12   Raykkonen *  Alfa Rome  +42.214  166.920  4 
 13   Covinaççi *  Alfa Romeo  +43.849  166.877  4 
 14   Qasli  Red Bull  çıxış  166.088  4 
 
* Stüardlar Raykkonen və Covinaççinin nəticəsinə 30 saniyə əlavə ediblər.  
 
Mübarizəni dayandıranlar
 Pilot   Komanda   Dövrə   Səbəb
 Peres  Racing Point  1   Sürüşmə
 Rikkardo  Renault 13  Sistem
 Norris  McLaren 25  Mühərrik
 Lekler  Ferrari 27  Sürüşmə
 Hyulkenberq  Renault 39  Sürüşmə
 Bottas  Mercedes 56  Sürüşmə
 
 
MÖVSÜMÜN 11-Cİ MƏRHƏLƏSİNDƏN SONRA SIRALAMALAR
 
Şəxsi birincilik - TOP 10
    Sürücü   Ölkə   Komanda   Xal 
 1   Luis Hemilton  GBR   Mercedes AMG Petronas  225 
 2   Valtteri Bottas  FIN   Mercedes AMG Petronas  184 
 3   Maks Ferstappen NED  AM Red Bull Racing  162 
 4   Sebstyan Fettel GER  Scuderia Ferrari  141 
 5   Şarl Lekler MON  Scuderia Ferrari  120 
 6   Pyer Qasli FRA  AM Red Bull Racing  55 
 7   Karlos Sayns ESP  McLaren F1 Team  48 
 8   Daniil Kvyat RUS  Red Bull Toro Rosso Honda  27 
 9   Kimi Raykkonen FIN  Alfa Romeo Racing  25 
 10   Lando Norris GBR  McLaren F1 Team  22 
 
 
Mühəndislər Kuboku - TOP 5
    Komanda   Mühərrik   Xal
1  Mercedes AMG Petronas  Mercedes  409 
2  Scuderia Ferrari  Ferrari   261 
3  AM Red Bull Racing  Honda  217 
4  McLaren F1 Team  Renault    70 
5  Red Bull Toro Rosso Honda  Honda  42 

 

 

Müəllif: Natiq NƏSİROV