Avstraliya Qran Prisi 2019 - Formula 1

ESTAFET/ Formula 1 azarkeşlərinin səbirsizliklə gözlədikləri gün nəhayət ki gəldi. Uzun fasilədən sonra bu gün Formula 1 üzrə 2019-ci il Dünya çempionatına start verilib. Mövsüm adət olunduğu kimi Avstraliyada açılıb. Yarış "Mercedes"in triumfu ilə yadda qalıb. 

 

FORMULA 1: ROLEX AUSTRALIAN GRAND PRIX 2019

Tarix

Trass

 Dövrə uzunluğu 

 Dövrə sayı 

Məsafə

15-17.03.2019 

 Albert Park 

5 303 m

58

 307.574 km 

GÜNƏŞLİ, QURU. HAVA +23 C, TRASS +43... +37 C

Qeyd etdiyimiz kimi, mövsümün ilk mərhələsinə "Mercedes" damğasını vurdu. Belə ki, onlara alman komandası onlara əsas rəqib kimi göstərilən italyan komandası "Ferrari"ni açıq-aşkar üstələyərək podiumda ilk iki yeri zəbt etdi. Valtteri Bottas 1:25:27.325 vaxt göstəricisi ilə komanda yoldaşı - son və 5 qat dünya çempionu Lyuis Hemiltonu +20.886 saniyə qabaqlayaraq mövsümün ilk qələbəsini öz adına rəsmiləşdirib. 3-cü yerə isə "Red Bull"un gənc holland pilotu Maks Ferstappen +22.520 saniyə geriliklə sahib olub.  

  

Mərhələnin ən yaxşı dövrəsini "Mercedes"in fin pilotu Valtteri Bottas edib: 1:25.580 (57-ci dövrədə 223.075 km.s) 

Yürüşün nəticələri 

 №   Pilot   Komanda   Vaxt   Sürət   Pit 
 1   Bottas  Mercedes  1:25:27.325   215.954  1
 2   Hemilton  Mercedes  +20.886  215.077  1
 3   Ferstappen  Red Bull  +22.520  215.009  1
 4   Fettel  Ferrari  +57.109  213.575  1
 5   Lekler  Ferrari

 +58.230

 213.529  1
 6   Maqnussen  Haas  +87.156  212.344  1
 7   Hyulkenberq  Renault  +1 dövrə  212.015  1
 8   Raykkonen  Alfa Romeo  +1 dövrə  211.966  1
 9   Stroll  Racing Point  +1 dövrə  211.935  1
 10   Kvyat  Toro Rosso  +1 dövrə  211.906   1 
 11   Qasli  Red Bull  +1 dövrə  211.893   1 
 12   Norris  McLaren  +1 dövrə  210.264   1 
 13   Peres  Racing Point  +1 dövrə  210.243   1 
 14   Elbon  Toro Rosso  +1 dövrə  210.214   1 
15  Covinaççi  Alfa Romeo  +1 dövrə  210.350  1
16  Rassell  Williams  +2 dövrə  210.506  2
17  Kubitsa  Williams  +3 dövrə  202.732  3

 

Mübarizəni dayandıranlar

 Pilot   Komanda   Dövrə   Səbəb
 Sayns  McLaren  9   MGU-K
 Rikkardo  Renault 28  Mexaniki problem
 Qrojan   Haas 29  Asılma

 

MÖVSÜMÜN 1-Cİ MƏRHƏLƏSİNDƏN SONRA SIRALAMALAR

Şəxsi birincilik - TOP 10

  №  Sürücü   Ölkə   Komanda   Xal 
 1   Valtteri Bottas FIN  Mercedes AMG Petronas  26 
 2   Luis Hemilton GBR  Mercedes AMG Petronas  18 
 3   Maks Ferstappen NED  AM Red Bull Racing  15 
 4   Sebstyan Fettel GER  Scuderia Ferrari  12 
 5   Şarl Lekler MON  Scuderia Ferrari  10 
 6   Kevin Maqnussen DEN  Rich Energy Haas F1 Team  8 
 7   Niko Hyulkenberq GER  Renault F1 Team  6 
 8   Kimi Raykkonen FIN  Alfa Romeo Racing  4 
 9   Lens Stroll CAN  Sportpesa Racing Point F1 Team  2 
 10   Daniil Kvyat RUS  Red Bull Toro Rosso Honda  1 

 

Mühəndislər Kuboku - TOP 5

 №  Komanda   Mühərrik   Xal
1  Mercedes AMG Petronas Motorsport  Mercedes  44 
2  Scuderia Ferrari  Ferrari   22 
3  Aston Martin Red Bull Racing  Honda  15 
4  Rich Energy Haas F1 Team  Ferrari   8 
5  Renault F1 Team  Renault  6 

 

Müəllif: Natiq NƏSİROV