Bottas problemini həll etdi - Bakıya gəlir

ESTAFET/ Sabah başlayacaq Formula 1 üzrə Azərbaycan Qran-Prisində iştirak edəcək Valtteri Bottas yarışda qüvvəsini sınaya biləcək.
“Mersedes”in fin pilotu artıq Bakıya yola düşüb.
Bunu Bottasın özü sosial şəbəkə səhifəsində açıqlayıb. Finlandiyalı pilot Helsinki hava limanında uçuşla bağlı üzləşdiyi problemləri arxada qoyub. Aeroportda 6 saat qalmalı olan Bottas yarışöncəsi media-gündə də onlayn şəkildə iştirak edib.
Qeyd edək ki, fin cari mövsüm üç mərhələdə ikinci olubsa, iki dəfə finişə belə çatmayıb. 5 mərhələdə 47 xal toplayan Valtteri komanda yoldaşı Lüis Hamiltondan 54 xal geridədir.
