Uqandalılar Tokioda karantinə alındı

ESTAFET/ Tokio 2020 Yay Olimpiya Oyunlarına yollanan Uqanda nümayəndə heyəti Yaponiyada karantinə alınıb. 9 nəfərdən ibarət heyət iyulun 3-dək təcrid olunub.

Buna səbəb yığmanın məşqçilərindən birində koronavirus infeksiyasının aşkarlanmasıdır. Həmin çalışdırıcı Yaponiyaya buraxılmayıb.

Nümayəndə heyətinin üzvlərinin testləri mənfi nəticə versə də, yoluxanla təmasda olmaqları oteldə təcridetməni qaçılmaza çevirib. Bu, Tokioya gələn nümayəndə heyətləri arasında ilk belə hadisədir.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 23-də start götürəcək.

Müəllif: Natiq NƏSİROV