Türkiyə Klublar Birliyinin prezidenti istefa verib

ESTAFET/ Türkiyə Klublar Birliyi Vəqfinin prezidenti Ahmet Nur Çebi istefa verib. Bu barədə məlumatı yerli mətbuat yayıb.

Vurğulanıb ki, eyni zamanda “Beşiktaş”ın da prezidenti olan Ahmet Nur Çebi Klublar Birliyi Vəqfindəki işindən ayrılmaq qərarına gəlib.

Qeyd edək ki, “Beşiktaş” prezidenti bir müddət əvvəl bütün diqqətini kluba yönəltmək istədiyini açıqlayıb. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV