Santu “Tottenhem”i çalışdıra bilər

ESTAFET/ İngiltərənin “Vulverhempton” klubundan ayrılan Nunu Eşpritu Santu karyerasını Premyer Liqada davam etdirə bilər.

Pportuqaliyalı mütəxəssis “Tottenhem”lə anlaşmağa yaxındır.

Digər namizədlərlə anlaşa bilməyən London təmsilçisi Santu ilə danışıqları yekunlaşdırmağa üstünlük verib. 4 il “Vulverhempton”da çalışmış baş məşqçi ilə müqavilə yaxın günlərdə imzalanmalıdır.

Qeyd edək ki, “Tottenhem” bunadək Antonio Konte, Maurisio Poçettino, Paulu Fonseka və Cennaro Qattuzo ilə maraqlanıb. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV