Yunanovun “Keşlə”yə keçidi rəsmiləşdi
ESTAFET/ Bakının “Keşlə” klubu heyətinə daha bir futbolçu qatıb. Paytaxt təmsilçisi Amil Yunanovla müqavilə imzalayıb.
Hücumçu ilə anlaşma 1 ili əhatə edir. O, 2021/22 mövsümünü “Keşlə”nin uğurları üçün çalışacaq.
Qeyd edək ki, son komandası “Səbail” olan Amilə qədər Merab Qiqauri, Omar Qudiabi, Aldair Sapalo Amaro Neto və Felipe Santosu heyətinə qatan bakılılar Rəhman Hacıyev, Turan Vəlizadə, Elçin Mustafayev və Rafael Məhərrəmlinin icarə müddətini artırıb.