Ronaldo və Messinin 5 qolluq fərqi

ESTAFET/ Beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb. 25 futbolçu qitə kubokları və yığmada ən azı 10 qola imza atıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına Robert Levandovski başçılıq edir. O, 24 dəfə fərqlənib.

Harri Keyn ondan iki top geri qalır. İlk “üçlüy”ü  Kriştiano Ronaldo qapayır. Portuqaliyalı liderdən 5 qol geri qalırsa, Lionel Messini eyni fərqlə qabaqlayır. (apasport)

1. Robert Levandovski - 24
2. Harri Keyn - 22
3. Kriştiano Ronaldo - 19
4. Memfis Depay - 17
5. Kərim Benzema - 16
6-7. Kilian Mbappe - 16
 Riyad Mahrez - 16
8. Kile Larin - 15
9. Ali Mabhut - 14
10-11. Lionel Messi - 14
 Erin Zahavi - 14

Müəllif: Orxan NOVRUZOV