“Barselona” 5 futbolçusunu satışa çıxarır

ESTAFET/ “Barselona” mövsümün sonuna qədər heyətində bəzi təmizləmə işləri aparacaq. İspaniya mətbuatının məlumatına görə, Kataloniya klubu yeni transferlərə yer açmaq niyyətindədir.
Həm transferə pul ayırmaq, həm də maaş limitini azaltmaq istəyən rəhbərlik yüksək məvacib qazanan bəzi oyunçularının gedişinə qarşı deyil. Bu siyahıda Sergio Dest, Klemen Lanqle, Ronald Arauxo, Frenki de Yonq, Mark-Andre ter Ştegen kimi oyunçular var. La Liqa təmsilçisi astronomik məbləğdə pul təklifi alarsa, adıçəkilən oyunçularından vaz keçə bilər.
Qeyd edək ki, La Liqada 14 oyunda 23 xal toplayan “Barselona” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır. (apasport)
