"Sürətli futbola hazır olmalıyıq": Rəşad Sadıqov

ESTAFET/ “Gərgin və maraqlı oyun müşahidə edəcəyimiz öncədən bəlli idi”. Bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunda “Qəbələ” ilə oyun barədə danışarkən deyib.
Doğma arenasında bölgə təmsilçisini qəbul edən bakılılar meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib.
Sadıqov oyunsonrası mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Son turlarda stabil çıxış edən iki komanda qarşılaşırdı. Sürətli futbola hazır olmalıyıq. İlk hissənin ortalarında gözlənilməz qol buraxdıq. Bir qədər sonra növbəti topu qapımızda gördük. 0:2 hesabına komanda çox yaxşı reaksiya verdi”.
