“Arsenal”dan 30 milyonluq təklif

ESTAFET/ “Arsenal” qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyə qərar verib. İngiltərə klubu bu məqsədlə Deyan Kuluşevskini almaq niyyətindədir.
Londonlular İtaliya “Yuventus”unun 21 yaşlı oyunçusu üçün xərcə düşməyə də razıdır. “Arsenal” isveçli üçün 30 milyon avro ödəmək fikrindədir. Bu rəqəm bonuslar hesabına daha 5 milyon arta da bilər.
“Yuventus” Kuluşevki üçün 40 milyon tələb edir. Turinlilərin yarımmüdafiəçisi “Tottenhem”in də maraq dairəsindədir.
Qeyd edək ki, Deyan cari mövsümün 17 oyununda 1 qol və 1 assistə imza atıb. (apasport.az)
