Türk futbolçu A seriyasının ən yaxşısı seçildi

ESTAFET/ Futbol üzrə İtaliya A seriyasında noyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu bu ada layiq görülüb.

Reytinq “Stats Perform” adlı statistik məlumatlara əsasən tərtib edilib. Türkiyə millisinin üzvü ötən ay “Milan”, “Napoli”, “Venesiya” və “Speziya” ilə oyunlarda ümumilikdə 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Çalhanoğlu A seriyasının XVII turu çərçivəsində dekabrın 12-də evdə “Kalyari” ilə keçiriləcək oyundan əvvəl mükafatını alacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV