Fati bu tarixdə meydana qayıdacaq

ESTAFET/ “Barselona”nın hücumçusu Ansu Fati zədəsini sağaltmaqda davam edir. 19 yaşlı forvard artıq məşqləri də intensivləşdirib.
Lakin Kataloniya klubunun məşqçilər korpusu onu riskə atmaq istəmir. Bu səbəbdən gənc futbolçunun dönüşü yanvarın 2-də La Liqanın XIX turunda “Malyorka” ilə qarşılaşmaya təxirə salınıb. Bu isə o deməkdir ki, Fati daha 4 matçı buraxacaq.
O çempionatda “Osasuna”, “Elçe”, “Sevilya”, Dieqo Maradonanın xatirəsinə həsr olunan yoldaşlıq görüşündə isə “Boka Xuniors”la dueldə iştirak etməyəcək.
