Bu mövsüm “Qarabağ”ın indiyədək avrokubok qazancı

ESTAFET/ “Qarabağ”ın futbol üzrə UEFA Konfrans Liqasının arxada qalan hissəsindəki qazancı bəlli olub. Ağdamlılar 6 milyon 391 min 500 avro əldə edib.
Bu vəsait 12 milyon 274 min 875 manat 75 qəpiyə bərabərdir. Azərbaycan vitse-çempionu bu vəsaiti 4 yolla qazanıb.
İştirak haqqı olaraq klubun qazancı 3,3 milyon avro təşkil edib. Təsnifat mərhələlərinin hərəsi üçün 100 min avro qazanan “Qarabağ” qrupda oynadığı üçün 3 milyon avro əldə edib.
Oyunların nəticələrindən gələn vəsait 1 milyon 832 min avroya bərabərdir. Qrupdakı üç qələbənin hərəsi 500, iki heç-heçənin hərəsi 166 min avro mükafat gətirib.
Qrupda ikinci yer tutmaq da əlavə xeyir verib. Buna görə “Qarabağ” 325 min avro alacaq.
Son 10 ilin reytinqinə görə Konfrans Liqasında 12-ci olmaq da klubun büdcəsinə təsir edəcək. Bu mövqeyə görə UEFA 934 min 500 avro ödəyəcək.
