Boksçumuz Serbiyaya yollanır

ESTAFET/ Dekabrın 15-də Serbiyanın Loznitsa şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək. 4 gün davam edəcək yarışda Azərbaycan yığması 1 idmançı ilə təmsil olunacaq. 

Millimizin üzvlərindən Mirşərif Kazımzadə rinqə çıxacaq. 75 kq çəki dərəcəsində gücünü yoxlayacaq boksçumuz səfərə bu gün yollanacaq.  

Qeyd edək ki, yarışda püşkatma dekabrın 14-də olacaq. 

Müəllif: Natiq NƏSİROV