“Qarabağ” qrup ikincisi oldu və pley-offda oynayacaq

ESTAFET/ Bu gün futbol üzrə UEFA Konfrans Liqasında qrup mərhələsinə yekun vurulub. Azərbaycan təmsilçisi “Qarabağ” H qrupunda son matçına çıxıb.

Qarşılaşma təmsilçimizin üstünlüyü ilə başlayıb. Artıq 1-ci dəqiqədə Abdullah Zubirin zərbəsindən sonra müdafiəçi topu qapının içindən qaytarsa da, hakim təmiz qolu saymayıb. “Qarabağ”ın ardıcıl real imkanlarına baxmayaraq, hesabı ev sahibləri açıb. Fasilədən sonra da ssenari dəyişməyib. Yenə şansları sağa-sola “xərcləyən” komandamız qapısında daha iki top görüb.

Nəticədə 0:3 hesabı ilə məğlub olan “Qarabağ” qrupda ikinci yeri tutaraq, pley-offa vəsiqə qazanıb. “Bazel” isə 1/8 finala yüksəlib. 

Qeyd edək ki, qrupun digər matçında “Omoniya” ilə “Kayrat” birincilərin meydanında qolsuz bərabərə qalıb. (apasport.az)

Konfrans Liqası
Qrup mərhələsi, VI tur
H qrupu, 9 dekabr 2021
“Bazel” (İsveçrə) – “Qarabağ” (Azərbaycan)  3:0
Qollar: Artur Kabral 33, 74, Paytim Kasami 62
Baş hakim: Fran Yoviç (Xorvatiya)

"Bazel": 1. Heinz Linder, 20. Fabian Frey, 6. Nasser Ciqa, 28. Raul Petretta, 22. Serxio Lopes, 7. Paytim Kasami, 20. Uoter Burqer, 35. Matias Palasios, 14. Valentin Stoker (k), 99. Edon Jeqrova, 10. Artur Kabral
Ehtiyat oyunçular: 13. Corce Nikoliç, 46. Feliks Gebhardt, 4. Eray Cömert, 5. Maykl Lanq, 8. Jordi Kintilya, 9. Sebastyano Esposito, 17. Liam Millar, 19. Darian Males, 27. Dan Ndoye, 30. Tomaş Tavares, 40. Liam Çipperfild, 96. Joelson
Baş məşqçi: Patrik Rahmen
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 81. Kevin Medina, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 25. İbrahima Vadji
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
Bazel. “Sent Yakobs Park”

Müəllif: Orxan NOVRUZOV