Yığmamızın rəqibləri müəyyənləşdi

ESTAFET/ 19 yaşadək qız futbolçular arasında Avropa çempionatının ikinci mərhələsinin püşkü atılıb. Azərbaycan yığmasının rəqibləri bəlli olub.

Əvvəlki mərhələdə A liqasında qrup sonuncusu olan millimiz bu dəfə B liqasında qüvvəsini sınayacaq. Püşk komandanı 1-ci qrupa salıb. Yığmamızın B-1 qrupunda rəqibləri Şimali İrlandiya, Farer adaları və Malta olacaq.

Qeyd edək ki, millimiz I mərhələdə A-7 qrupunda Norveçə 0:7, İtaliyaya 0:9, Polşaya 0:2 hesabı ilə uduzub.

Müəllif: Bəhruz MƏMMƏDOV