İkinci oyun gününün qarşılaşmaları - Azərbaycan Kuboku

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsi başa çatacaq. Bir qarşılaşmadan ibarət mərhələnin ikinci günündə iki matç keçiriləcək.

Hər iki qarşılaşmada Premyer Liqa təmsilçiləri aşağı dəstə klubunu sınağa çəkəcək. Öncə “Keşlə” doğma meydanda “Qaradağ Lökbatan”ı sınağa çəkəcək. Günün ikinci matçında “Sabah” “Kəpəz”lə görüşəcək.

Qeyd edək ki, dünən “Səbail” “Zaqatala”nı 3:1, “Qəbələ” MOİK-i 2:1 hesabı ilə məğlub edib.

Azərbaycan kuboku
1/8 final
11 dekabr 2021
15:00. “Keşlə” – “Qaradağ Lökbatan”
Baş hakim: Rauf Allahverdiyev
“ASK Arena”

18:00. “Sabah” – “Kəpəz”
Baş hakim: Nicat İsmayıllı
“Bank Respublika Arena”

Müəllif: Natiq NƏSİROV