Otamendi qarət olundu

ESTAFET/ “Benfika”nın futbolçusu Nikolas Otamendi qarət olunub. Hadisə argentinalı müdafiəçinin evində baş verib.

“Famalikao” ilə matçdan sonra ailəsi ilə birlikdə evinə dönən Otamendiyə silahlı cinayətkarlar hücum çəkib. Onlar futbolçunu məcbur ediblər ki, qapıları açsın. Müdafiəçini sarıyan qarətçilər onun boğazına kəmər keçiriblər.

Nikolasın həyat yoldaşı və oğlunun da evdə olduğu vaxtda cinayətkarlar pulları, zinət əşyalarını və bahalı saatları aparıblar. Klub rəhbərliyi baş verənləri təsdiqləyib. Futbolçu və ailəsinin xəsarət almadığı bildirilir. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV