Ancelkoviç əməliyyat olundu

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunda “Qəbələ” ilə oyunda zədələnən “Zirə”nin müdafiəçisi Nemanya Ancelkoviçin ayağından əməliyyat olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən gün Serbiyanın Novi Sad şəhərində keçirilən cərrahiyyə əməliyyatı uğurla nəticələnib. Ancelkoviçin 4 aydan sonra komandaya qoşulacağı gözlənilir.

