“Qarabağ”ın oyunlarının başlama saatı məlum oldu

ESTAFET/ Futbol üzrə UEFA Konfrans Liqasının pley-off mərhələsində baş tutacaq “Marsel” – “Qarabağ” oyunlarının başlama vaxtı məlum olub.

Fevralın 17-də Marsel şəhərində baş tutacaq ilk qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionundakı cavab görüşü isə saat 21:45-də keçiriləcək.

Müəllif: Orxan NOVRUZOV